“Foto çək, qalib ol” sosial kampaniyasının şərtləri
Bu sənəd Azərbaycan Turizm Bürosu və “VarYox” kreativ agentliyi “Foto çək, qalib ol” adlı kampaniyanın şərtlərini müəyyən edir.
- Bu sənəddə Azərbaycan Turizm Bürosu “Təşkilatçı” adlandırılacaq.
- “Foto çək, qalib ol” “Sosial kampaniya” adlandırılacaq.
Sosial kampaniyanın müddəti 1 sentyabr – 31 dekabr 2019-ci ildir.
1. İştirak hüququ
1.1. Sosial kampaniyada yaşı on səkkiz (18) və daha çox olan şəxslər iştirak edə bilərlər.
1.2. Sosial kampaniyada iştirak və bu Şərtlərin məzmunu Azərbaycanın yerli qanunvericiliyi ilə tənzimlənir və məhdudlaşdırıla bilər.
2. Sosial kampaniyanın məzmunu və iştirak
2.1. Sosial kampaniya Azərbaycanın turizm potensialı və ölkəmizin təbii, tarixi və mədəni imkanlarının həvəskar fotoqrafların fotoları ilə əks olunmasını nəzərdə tutur. Sosial kampaniyanın məqsədi yerli və xarici turistlər arasında Azərbaycan barədə məlumatlılıq səviyyəsinin artırılması və ölkənin daha cəlbedici tərəfdən nümayişidir.
2.2. Sosial kampaniyada iştirak etmək üçün photocontest.tourismboard.az vebsaytında yerləşən xüsusi formanı doldurmaq və ayın seçilmiş mövzusu üzrə fotoşəkilləri vebsayta yükləmək lazımdır. Yüklənmiş fotonun linki iştirakçı tərəfindən öz “Facebook” və ya “Instagram” profillərində paylaşılmalıdır. Bu paylaşım hər kəsə açıq olmalı və @ExperienceAzerbaijan səhifəsini istinad etməklə #TakeAnotherLook həştəqi ilə paylaşılmalıdır. Paylaşılmış linkdən keçərək hər kəs bəyəndikləri fotoya səs verə bilər. Səsvermə hər ayın son gününə kimi (Azərbaycan vaxtı ilə saat 24:00) davam edəcək. Fotoları paylaşmaq üçün URL link təqdim olunacaq.
Ümumilikdə, Sosial kampaniyada iştirak etmək üçün aşağıdakı ardıcıllıq gözlənilməlidir:
- Sosial kampaniyanın vebsyatında qeydiyyatdan keçmək (photocontest.tourismboard.az);
- Şərtlərlə tanış olub razılaşmaq və müəyyən olunmuş formada ayın mövzusuna uyğun fotonu yükləmək;
- Yüklənmiş şəkli öz “Facebook” və ya “Instagram” profillərində hər kəsə açıq olması şərtilə @ExperienceAzerbaijan səhifəsini istinad etməklə #TakeAnotherLook həştəqi ilə paylaşmaq.
2.3. Yüklənmiş bütün fotolar ictimaiyyətə açıq şəkildə photocontest.tourismboard.az vebsaytında səsverməyə çıxarılacaq. Daha çox səs toplamış on (10) foto Azərbaycanın “Instagram”dakı rəsmi turizm səhifəsi @experienceAzerbaijan-da paylaşılacaq. On (10) foto arasından münsiflərin seçəcəyi beş (5) fotonun müəllifi ayın qalibi olaraq 2.5. bəndində qeyd edilmiş şəkildə hədiyyələr qazanacaq. Fotoların topladığı bəyənmə sayı münsiflərin yekun seçiminə təsir etməyəcək.
2.4. Sosial kampaniya çərçivəsində photocontest.tourismboard.az vebsaytına yüklənmiş və səsvermə nəticəsində ilk on (10) yerə layiq görülmüş fotolar arasından ilk beş (5) yerin qalibi Təşkilatçı tərəfindən seçiləcək. Münsiflər heyətinə peşəkar fotoqraflar daxildir. Sosial kampaniyanın şəffaf keçirilməsi məqsədilə münsiflər heyətinin tərkibi məxfi saxlanılır. Səsvermə, eləcə də münsiflər heyətinin rəyi əsasında təyin olunacaq qalib fotolar hər ay üçün növbəti ayın ilk həftəsində (iş günləri) Təşkilatçının rəsmi “Facebook” səhifəsində elan olunacaq.
2.5. Münsiflər heyəti tərəfindən birinci yerə layiq görüləcək foto “experience Azerbaijan” jurnalında yerləşdiriləcək (fotonun müəllifinin adı qeyd olunacaq), fotonun müəllifinə Təşkilatçı tərəfindən sertifikat və “VarYox” kreativ agentliyi tərəfindən təşkil olunacaq “Nikon-Noor” Akademiyasında keçirilən master-klass proqramında iştirak etmək hüququ təqdim olunacaq. Bununla yanaşı, birinci yerə layiq görülmüş fotonun müəllifi xüsusi olaraq dizayn olunmuş sərt disk qazanacaq. 2 – 5-ci yerlərə layiq görülmüş fotolar Təşkilatçı tərəfindən çap olunacaq təbliğat materialları ilə yanaşı, azerbaijan.travel saytında və digər Azərbaycanın tanıtım platformalarında yayımlanacaq və müvafiq şəkildə fotoların müəlliflərinin adı da qeyd olunacaq. 2 – 5-ci yerlərə layiq görülmüş fotoların müəlliflərə “VarYox” kreativ agentliyi tərəfindən təşkil olunacaq “Nikon-Noor” Akademiyasında keçirilən master-klass proqramında iştirak etmək hüququ təqdim olunacaq.
2.6. Səsvermə yolu ilə ən çox bəyənmə toplamış ilk on (10), eləcə də Münsiflər heyəti tərəfindən seçilmiş beş (5) fotonun müəllifləri Təşkilatçı tərəfindən müvafiq olaraq 2.3. və 2.5. bəndlərində göstərilmiş şəkildə istifadə olunmasına razılıq verirlər.
2.6. Fotoların müəlliflik hüquqları fotoları photocontest.tourismboard.az saytına yükləyən iştirakçıda qalır. Fotoların müəllifi bilavasitə qeydiyyatdan keçən şəxs olmalıdır. Fotonun müəllifliyi ilə bağlı bütün məsuliyyət iştirakçıya aiddir.
2.7. Sosial kampaniyada iştirak etmək üçün ödəniş tələb olunmur.
2.8. Qalib fotoların müəllifləri ilə qeydiyyat zamanı əlavə olunmuş email və telefon nömrəsi vasitəsilə əlaqə saxlanılacaq. 30 gün müddətində cavab vermədikdə müəllifə hədiyyələr təqdim olunmayacaq.
Ümumi şərtlər
- Sosial kampaniyada iştirak etməklə İştirakçılar Şərtləri oxuduqlarına və əməl etməyə razı olduqlarına zəmanət verirlər.
- Sosial kampaniya aşağıdakı səbəblərdən dolayı (lakin onlarla məhdudlaşmayan) hər hansı bir kompüter virusu ilə yoluxma, nasazlıqlar, saxtalaşdırma, icazəsiz müdaxilə, fırıldaqçılıq, texniki nasazlıq, təbii fəlakət, müharibə (elan edilmiş və ya elan edilməmiş), siyasi çevriliş və ya qiyam, iğtişaş, əmək mübahisəsi, yanğın, epidemiya, fırtına, daşqın, partlayış, normativ-hüquqi aktlar, hökumət əmri, sərəncamı və ya tənzimləməsi, qanuni qüvvəsi olan hər hansı bir qanun və ya tənzimləmə və ya Sosial kampaniyanın təhlükəsizliyini, ədalətliliyini, bütövlüyünü və ya müvafiq icrasını pozan və ya ona təsir edən və Təşkilatçının nəzarətindən kənar olan hər hansı digər səbəbdən planlaşdırıldığı kimi həyata keçirilməzsə, Təşkilatçı qanunla icazə verilən maksimum dərəcədə Sosial kampaniyanı ləğv etmək, xitam vermək və ya dayandırmaq və Sosial kampaniya və / və ya iştirak prosesini və yaxud Sosial kampaniyanın hər hansı digər şərtini təhrif edən istənilən İştirakçını diskvalifikasiya etmək hüququnu özündə saxlayır. Təşkilatçı qanunla icazə verilən maksimum dərəcədə hər hansı bir telefon şəbəkəsinin və ya xətlərinin, kompüterin onlayn sistemlərinin, serverlərinin və ya provayderlərinin, kompüter proqramlarının və / və ya avadanlıqlarının hər hansı problemləri və ya texniki nasazlığı, hər hansı bir e-poçt hesabında baş verən xəta, icazəsiz daxil olma və / və ya daxil olmaların dəyişdirilməsi və ya Sosial kampaniyada iştirak zamanı və ya onunla əlaqədar İştirakçıya zərər verə biləcək hər hansı xətalara görə cavabdeh deyildir.
- Təşkilatçı öz nöqteyi-nəzəri və tətbiq edilən müvafiq qanunvericiliyə əsasən Sosial kampaniya müddətində Sosial kampaniyaya düzəlişlər etmək və ya xitam vermək, qeyd olunan Şərtləri dəyişdirmək hüququna malikdir. Bu zaman yenilənmiş Şərtlər və Sosial kampaniya photocontest.tourismboard.az saytına əlavə olunacaq.
- Təşkilatçı qanunla istisna edilməyən məsuliyyətdən başqa bu Sosial kampaniya müddətində iştirak nəticəsində çəkilmiş istənilən itki və ya zərərə (dolayı və ya əlavə itkilər də daxil olmaqla, lakin onlarla məhdudlaşmayan) və yaxud hər hansı ölüm və ya xəsarətə görə məsuliyyət daşımır.
- İştirakçı qanunla icazə verilən maksimum dərəcədə Təşkilatçını, sosial media şəbəkələrini və Sosial kampaniya ilə birbaşa və ya dolayı yolla əlaqədar olan bütün şəxsləri və ya qurumları onların Sosial kampaniyada iştirakı səbəbilə yaranan bütün iddia, tələb və proseslərdən qoruyur. İştirakçı qanunla icazə verilən maksimum dərəcədə özü tərəfindən təqdim edilən rəylərin / fotoların yerli qanunlara (məsələn, din, milli emblemb, hər hansı fərdin şəxsi həyatı, bir və daha artıq ölkənin ərazi bütövlüyünə və digərləri də daxil olmaqla onlara qarşı edilmiş ayrı-seçkilik, böhtan, sui-istifadə və s.) uyğun olduğunu bəyan edir və təsdiqləyir və Təşkilatçını, sosial media şəbəkələrini və Sosial kampaniya ilə birbaşa və ya dolayı yolla əlaqədar olan bütün şəxsləri və ya qurumları Şərtlərin və ya məzmunun pozulması, özünün təqdim etdiyi rəylərdə (şəkillər/videolar) qeyd olunmuş üçüncü şəxs əqli mülkiyyət hüquqlarının pozulması və ya şəkillərin/videoların məzmunu ilə əlaqədar ola biləcək hər hansı digər pozuntu da daxil olmaqla, onların Sosial kampaniyada iştirakı səbəbilə yaranan bütün məsuliyyət, itki və zərərdən qoruyacaq və təzminat ödəyəcək. Bu qoruma və təzminat ödəmə Təşkilatçı, onun bu Sosial kampaniya ilə birbaşa və ya dolayısı ilə əlaqədar olan və yaxud cəlb edilmiş ana şirkəti və əlaqədar korporativ qurumları və müvafiq direktorları, vəzifəli şəxsləri, nümayəndələri, podratçıları, işçiləri, təşkilatçıları və sponsorlarına da şamil olunur. Bu qoruma və təzminat ödəmə Sosial kampaniyanın müddəti ərzində qüvvədədir və həmişə davam edəcək və İştirakçıların varisləri, icraçıları, şəxsi təmsilçiləri və müvəkkilləri üzərində də məcburi hüquqi qüvvəyə malikdir.
- Sosial tədbirlə bağlı istənilən sual, rəy və ya şikayət Təşkilatçının [email protected] e-poçt ünvanına göndərilməlidir.
- Bu Şərtlərlə Təşkilatçı və onun işgüzar tərəfdaşları tərəfindən təqdim olunan hər hansı digər informasiya materialları arasında uyğunsuzluq olduğu halda, bu Şərtlərə üstünlük veriləcək.
- Sosial kampaniyada iştirak etməklə İştirakçılar qalib olduğu təqdirdə Təşkilatçının onların photocontest.tourismboard.az vebsaytına yüklədiyi fotoların Azərbaycanın tanıtımı məqsədilə sərgilərdə, sosial media səhifələrində, jurnal və digər çap materiallarında, müstəsna hallarda kommersiya fəaliyyəti ilə əlaqədar istifadə etməsinə icazə verir və fotodakı mümkün şəxslərin fotodan istifadə edilməsinə etiraz etmədiyinə zəmanət verirlər.
- Sosial kampaniyada iştirak etməklə İştirakçılar şəxsi məlumatlarının Sosial kampaniya və digər kommersiya fəaliyyəti məqsədi ilə Təşkilatçı tərəfindən toplanmasına və işlənməsinə etiraz etmirlər.
Sosial kampaniyanın məsuliyyət həddi
Sosial kampaniya heç bir şəkildə “Instagram” və “Facebook” sosial şəbəkələri tərəfindən dəstəklənmir, təsdiqlənmir, idarə edilmir və ya onunla əlaqədar deyil. İştirakçı əlavə etdiyi məlumatları adıçəkilən sosial şəbəkələrə deyil, Təşkilatçıya təqdim edir. Təqdim olunan məlumatlar yalnız Təşkilatçı tərəfindən ona məxsus kommunikasiya vasitələrində reklam məqsədi ilə istifadə oluna bilər.